Yevlaxda qaçırılan avtomobil avtotəmir sexindən tapılıb

Yevlaxda qaçırılan avtomobil avtotəmir sexindən tapılıb Bakı. 7 noyabr. REPORT.AZ/ Yevlaxda qaçırılan avtomobil avtotəmir sexindən tapılıb.
Hadisə
7 Noyabr , 2017 13:33
Yevlaxda qaçırılan avtomobil avtotəmir sexindən tapılıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Yevlaxda qaçırılan avtomobil avtotəmir sexindən tapılıb.

DİN-in mətbuat xidmətinidən "Report"a bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə müraciət edən İmişli rayon sakini Abbas Abışlı “Niva” markalı avtomobilinin şəhər ərazisindən qaçırılması barədə məlumat verib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları avtomobilin avtotəmir sexlərindən birində olmasını müəyyən ediblər.

Salahlı kənd sakini Əkbər İsmayılova məxsus sexə baxış zamanı “Niva” markalı avtomobil ban nömrəsi dəyişdirilmiş vəziyyətdə orada aşkar edilib.

Ə.İsmayılov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla avtomobilin Qazax rayon sakini olan şəxs tərəfindən qaçırılması və 200 manat müqabilində nəqliyyat vasitəsinin ban nömrəsini dəyişdirməsi müəyyən olunub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi