Yevlaxda polisin saxladığı sürücüdən narkotik aşkar olunub

Yevlaxda polisin saxladığı sürücüdən narkotik aşkar olunub Avtomobilə baxış zamanı oradan çəkisi 3 kiloqram 625 qram olan marixuana aşkar edilərək götürülüb və sürücü ilə birgə Yevlax Rayon Polis Şöbəsinə təhvil verib.
Hadisə
3 Avqust , 2021 12:44
Yevlaxda polisin saxladığı sürücüdən narkotik aşkar olunub
google.az

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri müvafiq tədbirlərlə avqustun 2-də saat 2 radələrində Yevlax rayonunun Qarxun kəndi ərazisində rayon sakini N.Cəfərovun idarə etdiyi “BMW” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, sürücüdən sənədləri tələb etdikdə tabesizlik göstərməsinə baxmayaraq o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobilə baxış zamanı oradan çəkisi 3 kiloqram 625 qram olan marixuana aşkar edilərək götürülüb və sürücü ilə birgə Yevlax Rayon Polis Şöbəsinə təhvil verib.

Davam etdirilən tədbirlərlə N.Cəfərovun Aşağı Qarxun kəndi ərazisində atdığı, çəkisi 2 kiloqram 335 qram olan çətənə kolunun hissələri də aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi