Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB Yevlax. 17 iyul. REPORT.AZ/ Yevlax rayonunda yol-nqəliyyat hadisəsi zamanı ölən piyadanın adı məlum olub.
Hadisə
17 İyul , 2018 23:06
Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB

Yevlax. 17 iyul. REPORT.AZ/ Yevlax rayonunda yol-nqəliyyat hadisəsi zamanı ölən piyadanın adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Xaqani Tapdıq oğlu Məmmədov yolu keçmək istəyən zaman, şəhər sakini, 1958-ci il təvəllüdlü Telman Təyyar oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil onu vurub. Ağır xəsarət alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.


***22:17Yevlax. 17 iyul. REPORT.AZ/ Yevlax şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin "Üç yol" deyilən ərazisində qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan orta yaşlı kişi naməlum avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi