Yevlaxda oğurluq edən şəxslər saxlanılıb

Yevlaxda oğurluq edən şəxslər saxlanılıb Yevlax rayonunda oğurluq edən şəxslər saxlanılıb.
Hadisə
19 Mart , 2019 17:43
Yevlaxda oğurluq edən şəxslər saxlanılıb

Yevlax rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, martın 16-da Yevlax rayon sakini olan bir qadın rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib. Bununla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Rəşad Sadıxov saxlanılıb. Araşdırmalarla onun 3300 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.

Yevlax rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Xaldan qəsəbəsi ərazisində “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-nin balansında olan və hazırda istismar olunmayan hava xəttinin 7 dayağının metal künclüklərini, habelə 2 dayağı bütövlükdə sökərək oğurlamaqda şübhəli bilinən, qəsəbə sakini Elman Yunusov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi