Yevlaxda Nəriman Nərimanovun heykəli dağıdılıb

Yevlaxda Nəriman Nərimanovun heykəli dağıdılıb Yevlaxda N.Nərimanovun heykəli dağıdılıb.
Hadisə
24 Dekabr , 2021 14:35
Yevlaxda Nəriman Nərimanovun heykəli dağıdılıb

Yevlaxda Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun heykəli dağıdılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Yevlax rayonunun Tanrıqullar kəndində olub.

Həmin kəndin sakini Mikayıl Zülfü oğlu Kərimov Nəriman Nərimanovun bu kəndin mərkəzində olan abidəsini dağıdıb.

Tanrıqullar kənd icra nümayəndəsi Nəsib İsmayılov "Report"un yerli bürosuna heykəlin kənd sakini tərəfindən dağıdıldığını bildirib.

İcra nümayəndəsi qeyd edib ki, Nəriman Nərimanovun heykəli Tanrıqullar kəndində uşaq bağçasının həyətində olub: "Ötən əsrin 90-cı illərinin əvvəllərində heykəl baxımsız olsa da bu günə qədər qalmışdı. Bir neçə gün öncə kənd sakini, Mikayıl Zülfü oğlu Kərimov həmin heykəli dağıdaraq yerində mağaza tikmək istəyib. Bu məqsədlə əraziyə müxtəlif tikinti materialları da tökülüb.Tərəfimizdən vətəndaşa xəbərdarlıq edilsə də buna məhəl qoyulmayıb. Tikinti işlərinin qarşısının alınması məqsədilə rayon məhkəməsinə rəsmi müraciət edilib. Məhkəmə qərarından sonra həmin yerdə qanunsuz inşa edilən tikinti dayandırılıb".

Son xəbərlər

Orphus sistemi