Yevlaxda narkotik satan şəxs saxlanılıb

Yevlaxda narkotik satan şəxs saxlanılıb Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb
Hadisə
2 İyun , 2021 10:11
Yevlaxda narkotik satan şəxs saxlanılıb
Fuad Qurbanov

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə olan heroini satmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum edilmiş Fuad Qurbanov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.

Son xəbərlər

Orphus sistemi