Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Yevlax rayonunda yol qəzası zamanı xəsarət alanların kimliyi məlum olub.
Hadisə
14 İyun , 2019 13:05
Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Yevlax rayonunda yol qəzası zamanı xəsarət alanların kimliyi məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, bunlar Bərdə rayon sakinlərti 1961-ci il təvəllüdlü İftixar Zeynalov, 1956-cı il təvəllüdlü Qabil Abbasov, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Etibar Ağayev və Bakı şəhər sakini Fidan Qarayevadır. 

Onlardan birinin vəziyyətinin kafi, digərlərinin isə qənaətbəxş olduğu bildirilir. 

Qeyd edək ki, mikroavtobus Ağdamdan Bakıya sərnişin aparırmış.


*** 12:18

Yevlax rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Ford" markalı sərnişin mikroavtobusu ilə minik avtomobili ilə toqquşub. Xəsarət alanların olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi