Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Oktyabr , 2017 16:12
Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB

Yevlax. 14 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili qarşı tərəfdən gələn sərnişin daşıyan "Ford" markalı mikroavtobusla toqquşub. Nəticədə sürücülər və sərnişinlərdən ikisi xəsarət alıb. Sürücülərin vəziyyəti normal olduğundan onlara ambulator yardım göstərilib. 

"VAZ-2107"nin sərnişini, Yevlax rayon sakini, 1983-cü il təvəllüdlü Elşad Əliyev huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Mikroavtobusun xəsarət alan sərnişini isə yaxınları tərəfindən özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi