Yevlaxda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB Bakı-Qazax avtomobil yolunda sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
16 İyul , 2019 07:13
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı-Qazax avtomobil yolunda sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə,hadisə nəticəsində Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Afaq Dadaşova, 1979-cu il təvəllüdlü Yüsif Əliyev, Tovuz rayon sakinləri - 1975-ci il təvəllüdlü Qələndər Niyazov və Səbinə Mayılova müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş və kafi olduğu bildirilir.

Daha bir yüngül xəsarət alan sərnişin, Səkinə Qurbanovaya isə hadisə yerində ambulator yardım göstərilib.

Qəza zamanı xəsarət alanlar mikroavtobusun sərnişinləridir, "Opel" markalı avtomobildə isə xəsarət alan olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 06:38

Bakı-Qazax avtomobil yolunda sərnişin mikroavtobusu qəzaya düşüb.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, hadisə magistralın Qazax rayonu ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, sərnişindaşınma fəaliyyəti ilə məşğul olan "Ford" markalı mikroavtobusun sürcüsü hərəkətdə olarkən idarəetməni itirib və qarşı tərəfdən gələn "Opel" markalı avtomobilə çırpılıb. 

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərin xəsarət aldığı bildirilir.

Yol qəzasının baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Yaralılar "təcili yardım" maşınları ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi