Yevlaxda meşəlik ərazidə yanğın olub 

Yevlaxda meşəlik ərazidə yanğın olub  Yevlax şəhərinin Qoyunbinəsi kəndində Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.
Hadisə
25 Mart , 2023 23:41
Yevlaxda meşəlik ərazidə yanğın olub 

Yevlax şəhərinin Qoyunbinəsi kəndində Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə 3 hektar sahədə olan kol-kos və ağaclar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi