Bakı. 10 dekabr. REPORT.AZ/ Yevlax rayonunda məsciddən oğurluq olub.
Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də Qaraoğlan kənd məscidindən samovar oğurlamaqda şübhəli bilinən kənd sakini Elnur Nurəddinov tutulub.
Faktla bağlı araşdırma aparılır.