Yevlaxda avtoqəzada ölən və xəsarət alanların kimliyi məlum olub

Yevlaxda avtoqəzada ölən və xəsarət alanların kimliyi məlum olub Yevlaxda ağır avtomobil qəzası olub.
Hadisə
656
12 Oktyabr , 2021 22:30
Yevlaxda avtoqəzada ölən və xəsarət alanların kimliyi məlum olub
0 : 00
0 : 00

Yevlax rayonunda baş verən avtoqəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un məlumatına görə, rayonun Varvara kəndində "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində ağır xəsarət alan Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Səfərov Cəfər Pənah oğlu xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. 

Avtomobildə olan digər şəxslər, Varvara kənd sakinləri, 1992-ci il təvəllüdlü Civəzadə Sədrəddin Mahir oğlu, 1997-ci il təvəllüdlü Əhmədli Əhməd Abbas oğlu və 2001-ci il təvəllüdlü Bəşirov Sənani Kənan oğlu xəsarət alıb və xəstəxanaya aparılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

19:10

Yevlaxda ağır avtomobil qəzası olub.

"Report"un məlumatına görə, idarəetmədən çıxan "VAZ" markalı minik avtomobili yol kənarına aşıb.

Qəzada bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi