Yevlaxda mağazadan 5 min manatlıq oğurluq edilib

Yevlaxda mağazadan 5 min manatlıq oğurluq edilib Yevlax rayonunda mağazadan oğurluq edən şəxs tutulub.
Hadisə
29 İyun , 2021 12:43
Yevlaxda mağazadan 5 min manatlıq oğurluq edilib

Yevlax rayonunda mağazadan oğurluq edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 14-də rayon ərazisindəki mağazaların birindən 4 000 manat pul və 800 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən Duzdağ kənd sakini E.Şirinov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi