Yevlaxda Kür çayına baş vuran gənc oğlanın boynu qırılıb

Yevlaxda Kür çayına baş vuran gənc oğlanın boynu qırılıb Yaralının vəziyyəti ağırdır
Hadisə
31 İyul , 2017 00:32
Yevlaxda Kür çayına baş vuran gənc oğlanın boynu qırılıb
Foto: Report.az

Yevlax. 31 iyul. REPORT.AZ/ Yevlaxda çayda çimmək istəyən şəxsin başına bədbəxt hadisə gəlib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.

Yevlax şəhəri, Şəhriyar küçəsi, 32 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əsədov Ravil Niyaz oğlu dostları ilə Kür çayı sahilində istirahət zamanı suya baş vurub. Bu zaman onun başı suyun dibində olan daşa dəyib.

Hərəkətsiz və huşsuz vəziyyətdə olan R.Əsədov ətrafdakıların köməkliyi ilə sahilə çıxarılaraq xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralının boynunun qırıldığı müəyyən edilib. Yaralının boyun nahiyəsində 5-7-ci fəqərələr qırılaraq yararsız vəziyyətə düşüb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi