Yevlaxda iki maşın toqquşub, 3 nəfər yaralanıb - YENİLƏNİB

Yevlaxda iki maşın toqquşub, 3 nəfər yaralanıb - YENİLƏNİB Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
15 İyun , 2019 19:20
Yevlaxda iki maşın toqquşub, 3 nəfər yaralanıb - YENİLƏNİB

Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 3 nəfər - 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu və onun 2001-ci il təvəllüdlü qardaşı Qədirli Yüsif Qaragöz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 18:13

Yevlax rayonunda  ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq qarşı tərəfdən gələn "QAZel" markalı yük avtomobilinə çırpılıb.

Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi