Yevlaxda iki avtomobil toqquşub, iki nəfər yaralanıb - FOTO

Yevlaxda iki avtomobil toqquşub, iki nəfər yaralanıb - FOTO Yevlax. 11 avqust. REPORT.AZ/ Yevlax-Bərdə yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
11 Avqust , 2018 21:43
Yevlaxda iki avtomobil toqquşub, iki nəfər yaralanıb - FOTO
Report

Yevlax. 11 avqust. REPORT.AZ/ Yevlax-Bərdə yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, yolun Yevlax ərazisindən keçən hissəsində hələlik markası məlum olmayan avtomobilin "Mercedes"ə çırpılması nəticəsində, ikinci idarəetməni itirərək yol kənarındakı ağaca dəyib. Qəzanı törədən maşın hadisə yerindən uzaqlaşıb.

Qəza zamanı "Mercedes"də olan Bərdə rayon sakinləri - 1989-cu il təvəllüdlü Tağıyev Babək Vaqif oğlu və 1984-cü il təvəllüdlü Ağayev Bəhruz Əliağa oğlu xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi