Yevlaxda avtomobil qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlaxda avtomobil qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB Yevlax rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha beş nəfər xəsarət alıb.
Hadisə
10 Dekabr , 2022 21:07
Yevlaxda avtomobil qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlaxda ağır avtomobil qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Tanrıqulular kəndində "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma davam etdirilir.

20:50

Yevlax rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha beş nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhər sakini aldığı xəsarətdən dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanların futbolçular olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi