Yuxarı

​Yevlaxda həmyerlisinə bıçaqla xəsarət yetirmiş şəxsin digər cinayət əməli də müəyyən edilib

Həyata kerçirilmiş əməliyyat tədbirləri ilə Nadir Babayev və Çingiz Mahmudov tutulub

Bakı. 21 noyabr. REPORT.AZ/ Yevlax sakini Ruslan Abdullayevə bıçaqla xəsarət yetirdiyinə görə tutulan Elgün Cəfərzadənin digər cinayət əməli də müəyyən edilib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, E.Cəfərzadə noyabrın 18-də rayon sakini Ruslan Abdullayevə bıçaqla xəsarət yetirdiyi üçün Yevlax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Əməliyyat tədbirləri ilə onun həmyerliləri Nadir Babayev, Çingiz Mahmudov və Elvin Şahverdiyevlə birgə Nazlı Bayramovanın yaşadığı evə açıq qalmış qapıdan girib onu bıçaqla hədələyərək əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıb oradan 800 manat və qızıl əşyalar aparması da müəyyən edilib.

Həyata kerçirilmiş əməliyyat tədbirləri ilə N.Babayev və Ç.Mahmudov tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi