Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb

Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb Yevlax rayonunda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
10 yanvar 2020 10:38
Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb

Yevlax rayonunda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Yevlax rayonu Tanrıqulular kənd sakini H.Bağırova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 2019-cu ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Rasim Cəfərov saxlanılıb. 

Araşdırmalarla R.Cəfərovun 2 ədəd videokamera, 5 ədəd yaddaş kartı, 2 ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlamaqla həmkəndlisinə 1095 manat dəyərində ziyan vurduğu müəyyən edilib. O, dindirilmə zamanı törtədiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi