Yevlaxda həmkəndlisini öldürməyə cəhd edən şəxs saxlanılıb

Yevlaxda həmkəndlisini öldürməyə cəhd edən şəxs saxlanılıb Yevlax. 22 yanvar. REPORT.AZ/ Yevlax rayonunda həmkəndlisini bıçaqlayaraq onu öldürmək istəyən şəxs saxlanılıb.
Hadisə
22 yanvar 2018 06:18
Yevlaxda həmkəndlisini öldürməyə cəhd edən şəxs saxlanılıb

Yevlax. 22 yanvar. REPORT.AZ/ Yevlax rayonunda həmkəndlisini bıçaqlayaraq onu öldürmək istəyən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Gülövşə kəndində baş verib. 

Bu kənddə yerləşən çayxanada həmkəndlisi, 1988--ci il təvəllüdlü Fidar Hüseynova çoxsaylı bıçaq zərbəsi endirərək onu öldürmək istəyən Quliyev Elçin Alı oğlu saxlanılıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı Yevlax rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi