Yevlaxda gənc qız bayram günü nişanlısı tərəfindən bıçaqlanıb

Yevlaxda gənc qız bayram günü nişanlısı tərəfindən bıçaqlanıb Hadisə qısqanclıq zəminində baş verib
Hadisə
1 Yanvar , 2018 16:45
Yevlaxda gənc qız bayram günü nişanlısı tərəfindən bıçaqlanıb

Yevlax. 1 yanvar. REPORT.AZ/ Yanvarın 1-nə keçən gecə Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, 2000-ci il təvəllüdlü rayon sakini Rəfiqə Qasımova bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əldə edilən məlumata əsasən, R.Qasımova qısqanclıq və mübahisə zəminində nişanlısı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi