Yevlaxda fəhlə asfaltçəkən maşının altında qalaraq ölüb

Yevlaxda fəhlə asfaltçəkən maşının altında qalaraq ölüb Elxan İmanov hadisə yerində dünyasını dəyişib
Hadisə
1 Aprel , 2017 20:40
Yevlaxda fəhlə asfaltçəkən maşının altında qalaraq ölüb

Yevlax. 1 aprel. REPORT.AZ/ Yevlax rayonunun Aran qəsəbəsində 1 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”un Qərb bürosu xəbər verir ki, rayonda yol çəkilişi zamanı 59 yaşlı Zaqatala sakini ehtiyatsızlıqdan asfalt hamarlayan texnikanın altına düşüb.

Ağır xəsarət alan Elxan İmanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi