Yevlaxda evlərdən 4 600 manatlıq oğurluq edilib

Yevlaxda evlərdən 4 600 manatlıq oğurluq edilib Bir nəfər Yevlax rayon sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl zinət-əşyalarının oğurlanması barədə məlumat verib.
Hadisə
2 Oktyabr , 2021 11:46
Yevlaxda evlərdən 4 600 manatlıq oğurluq edilib

Bir nəfər Yevlax rayon sakini Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl zinət-əşyalarının oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Hüseyn Mahmudov saxlanılıb.

Digər şübhəlinin isə şəxsiyyəti müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırmalarla onların 2 ədəd qızıl üzük, qızıl sırğa, boyunbağı və digər əşyalar oğurlamaqla vətəndaşa 3 000 manat dəyərində ziyan vurduqları müəyyən edilib.

Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraməmmədli kəndinin ərazisindəki evlərin birindən oğurluq edən şəxslər də saxlanılıb.

Araşdırmalarla cinayət əməlini törədənlərin Elşən Nuriyev və Zamin Fərəcov olduğu müəyyən edilib. Onlar evdən cərəyan aparatı, təmir alətləri və məişət əşyaları oğurlayaraq vətəndaşa 1 600 manat dəyərində ziyan vurublar.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi