Yevlaxda evdə partlayış olub, xəsarət alan var

Yevlaxda evdə partlayış olub, xəsarət alan var Yevlax rayonunun Aşağı Bucaq kəndində ümumi sahəsi 126 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Hadisə
19 İyun , 2020 22:39
Yevlaxda evdə partlayış olub, xəsarət alan var

Yevlax rayonunun Aşağı Bucaq kəndində ümumi sahəsi 126 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın nəticəsində evin lambirindən ibarət tavanı 15 kv.m sahədə yanıb. Partlayış dalğasının təsirindən evin giriş qapısı yerindən çıxıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi