Yuxarı
    Bağlamaq

    Yevlaxda elektrik cərəyanı vurmuş qadın sağ qalıb

    O, Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb

    Yevlax. 3 iyun. REPORT.AZ/ Yevlax rayon sakinini elektrik cərəyanı vurub.

    “Report”un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Salamabad kəndində qeydə alınıb.

    Belə ki, 1986-cı il təvəllüdlü İsmayılova Şahanə Etibar qızını elektrik cərəyanı vurub.

    O, Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb. 

    Göstərilən təcili tibbi yardım sayəsində Ş.İsmayılovanın durumu normallaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi