Yevlaxda dövlət əmlakını oğurlayan şəxslər saxlanıldı

Yevlaxda dövlət əmlakını oğurlayan şəxslər saxlanıldı Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib
Hadisə
3269
11 Mart , 2021 10:51
Yevlaxda dövlət əmlakını oğurlayan şəxslər saxlanıldı
Azad Hüseynov və Dilqəm Abdullayev

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Dəmiryolları QSC-yə məxsus yüksək gərginlikli elektrik keçiricilərini (drossel tağlarını) oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, mart ayının 10-da daxil olan məlumat əsasında Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə drossel tağlarını oğurlamaqda şübhəli bilinən Yevlax şəhər sakinləri, əvvəllər məhkum edilmişlər Azad Hüseynov Dilqəm Abdullayev maddi sübutlarla birlikdə tutulub.

Araşdırmalarla onların 100 metr uzunluğunda dövlət əmlakı olan tağları oğurlamaqla 1 520 manat dəyərində ziyan vurduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi