Yevlaxda COVID-19 xəstəsi karantin qaydasını pozub

Yevlaxda COVID-19 xəstəsi karantin qaydasını pozub Yevlaxda COVID-19 xəstəsi barədə qanunamüvafiq tədbir görülüb.
Hadisə
1968
3 Dekabr , 2020 12:22
Yevlaxda COVID-19 xəstəsi karantin qaydasını pozub
0 : 00
0 : 00

Yevlaxda COVID-19 xəstəsi barədə qanunamüvafiq tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini Z.Bəkirovun yaşadığı ünvanı tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib.

Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana aparılıb. Onunla proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilən müalicənin davam etdirilməsi üçün evdə qalmağı zəruriliyi diqqətə çatdırılıb.

Yevlax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi