Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Hadisə
158
4 Avqust , 2021 19:37
Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
0 : 00
0 : 00

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Qarxun kənd sakini Ramil İsayev saxlanılıb.

Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd çətənə kolu, eləcə də 377 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi