Yevlaxda Çətənə bitkisi yetişdirən şəxs saxlanılıb - FOTO

Yevlaxda Çətənə bitkisi yetişdirən şəxs saxlanılıb - FOTO Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitki aşkar edilib.
Hadisə
25 May , 2019 11:17
Yevlaxda Çətənə bitkisi yetişdirən şəxs saxlanılıb - FOTO

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitki aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"un Qarabağ mərkəzinə verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən “Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən şəhər sakini Vüsal Vəliyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 3-16 santimetr uzunluqda 40 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polisində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi