Yevlaxda canavarlar evə hücüm edib

Yevlaxda canavarlar evə hücüm edib Yevlax. 13 fevral. REPORT.AZ/ Yevlax rayonunda canavarlar fərdi yaşayış evinə hücum edib.
Hadisə
13 Fevral , 2018 15:39
Yevlaxda canavarlar evə hücüm edib

Yevlax. 13 fevral. REPORT.AZ/ Yevlax rayonunda canavarlar fərdi yaşayış evinə hücum edib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini Nasir Musif oğlu Məmmədovun həyətinə hücum edən yırtıcılar 5 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 10 baş xırdabuynuzlu heyvanı isə yaralayıblar. Daha sonra vəhşi heyvanlar aynabəndin şüşələrini qıraraq evə soxulmağa çalışıblar. Lakin evin sakinləri canavarların evə girməsinin qarşısını alıblar.  

Hadisə yerinə Yevlax Rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi