Yevlaxda canavarlar 120 baş qoyunu parçalayıblar - FOTO

Yevlaxda canavarlar 120 baş qoyunu parçalayıblar - FOTO 110 baş qoyun tələf olub
Hadisə
1526
18 Yanvar , 2017 23:38
Yevlaxda canavarlar 120 baş qoyunu parçalayıblar - FOTO

Yevlax. 18 yanvar. REPORT.AZ/ Yevlax rayonunda canavarlar şəxsi fermaya girərək 120 baş qoyunu parçalayıblar.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Daşkəsən rayon sakini Əbülfəz Orucovun təsərrüfatında baş verib.

Gecə saatlarında tövləyə daxil olan yırtıcılar 150 baş qoyundan 120-ni parçalayıblar. Ə.Orucov səhər saatlarında heyvanları örüşə çıxaran zaman 110 baş qoyunun tələf, 10-nun isə yaralı olduğunu görüb. Təsərrüfat sahibi yırtıcıların hücumu zamanı ərazidə olan itlərin də onlara müqavimət göstərə bilmədiklərini bildirib.

Canavarların məhv etdiyi xırdabuynuzlu heyvanların cəsədləri Yevlax Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən dərin çala qazılaraq basdırılıb. Ərazidə dezinfeksiya işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi