Yevlaxda camış 8 yaşlı uşağa ağır xəsarət yetirib

Yevlaxda camış 8 yaşlı uşağa ağır xəsarət yetirib Yevlax rayonunda camış azyaşlı uşağın üstündən keçərək qarın nahiyəsinə ağır xəsarət yetirib.
Hadisə
14 İyul , 2019 04:11
Yevlaxda camış 8 yaşlı uşağa ağır xəsarət yetirib

Yevlax rayonunda camış azyaşlı uşağın üstündən keçərək qarın nahiyəsinə ağır xəsarət yetirib.

“Report”un Qarabağ mərkəzinin məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Malbinəsi kəndində qeydə alınıb.

Yaralı, 2011-ci il təvəllüdlü Kənan Əlili ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılb və dərhal əməliyyat olunub.

Qarın nahiyəsində dərin kəsikləri olan uşağın kəskin qanaxmasının qarşısı alınıb. Həkimlər 8 yaşlı uşağın vəziyyətini kafi olaraq qiymətləndirir. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi