Yevlaxda bir ailənin üzvləri avtomobil qəzasına düşüb

Yevlaxda bir ailənin üzvləri avtomobil qəzasına düşüb Yevlax. 17 iyun. REPORT.AZ/ Yevlax ərazisində yağan güclü yağış avtomobil qəzasına səbəb olub.
Hadisə
17 İyun , 2018 03:06
Yevlaxda bir ailənin üzvləri avtomobil qəzasına düşüb

Yevlax. 17 iyun. REPORT.AZ/ Yevlax ərazisində yağan güclü yağış avtomobil qəzasına səbəb olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Qaraməmmədli kənd yolunda "Toyota-Prado" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan Razayeva Turanə (2003-cü il təvəllüdlü), Rzayev Zakir (1954-cü il təvəllüdlü) və Rzayeva Pəri (1957-ci il təvəllüdlü) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər üç yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisəyə əraziyə yağan güclü yağış səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi