Yevlaxda binaların pəncərələri və sayğacları oğurlanıb

Yevlaxda binaların pəncərələri və sayğacları oğurlanıb Yevlaxda çoxmənzilli binaların dam örtüyündə olan plastik pəncərələr naməlum şəraitdə oğurlanıb.
Hadisə
178
5 Yanvar , 2022 10:52
Yevlaxda binaların pəncərələri və sayğacları oğurlanıb
0 : 00
0 : 00

Yevlaxda çoxmənzilli binaların dam örtüyündə olan plastik pəncərələr naməlum şəraitdə oğurlanıb.

Bu barədə "Report"un Qarabağ bürosuna bina sakinləri məlumat veriblər.

Sakinlər bildiriblər ki, Yevlax şəhərində olan 2 və 5 mərtəbəli, çoxmənzilli binaların damında quraşdırılan pəncərələr oğurlanıb: "Bir neçə binada eyni hal baş verib. Hadisə əsasən Yevlax şəhəri Heydər Əliyev prospekti 4 ünvanında yerləşən, binalarda qeydə alınıb. Ötən gecə həmin ünvanda təxminən 20 ailənin yaşadığı 2 mərtəbəli binanın damından 3 plastik pəncərə oğurlanıb".

Bina sakinləri qeyd ediblər ki, bir müddət öncə binada olan fərdi su sayğacları da oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi