Yevlax. 3 noyabr. REPORT.AZ/ Axşam saatlarında Xaldan-Mingəçevir avtomobil yolunun 7-ci kilometrliyində, rayonun Hacıselli kəndi yaxınlığında “VAZ-2106” və “VAZ-21010” markalı avtomobillərin toqquşması nəticəsində yaralanan iki nəfərdən birinin şəxsiyyəti məlum olub.
"Report”un Şirvan bürosu xəbər verir ki, bu, “VAZ-2106” markalı maşının sürücüsü, 1965-ci il təvəllüdlü Yevlax rayon sakini Rüstəmov Elçin Famil oğludur. O, Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.
Digər avtomobildə xəsarət alan isə 1975-ci il təvəllüdlü Nizami Əzizov ad-soyadlı şəxsdir. Onun ayaqları qırılıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
***23:10
Yevlax. 2 noyabr. REPORT.AZ/ Yevlax rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunda qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hər 3 yaralı xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.