Yevlaxda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub

Yevlaxda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb
Hadisə
6 Noyabr , 2015 16:22
Yevlaxda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub

Bakı. 6 noyabr. REPORT.AZ/ Yevlaxda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. "Report"un xəbərinə görə, məlum olub ki, rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Musa Nəsirov indiyədək itkin düşdüyü bildirilən anası, 63 yaşlı Ofeliya Abdullayevanı qətlə yetirərək həyətindəki tualet quyusunda basdırıb. Bildirildiyinə görə, iki ay əvvəl Musa Nəsirov həyat yoldaşı Ülkəri əmisi oğlunun toy mərasiminə aparıb. Həmin gecə də ailə üzvlərinin evdə olmamasından istifadə edərək hadisəni törədib. Ötən müddətdə Musa Nəsirovun özünü şübhəli aparması, üç gün öncə isə anasına məxsus şəxsiyyət vəsiqəsinin, pensiya kartının onun üzərindən çıxması həyat yoldaşında şübhə yaradıb. Həyat yoldaşının suallarına cavab verməyən Musa Nəsirov onu döyüb. Bundan sonra Ülkərin valideynləri polisə gələrək Ofeliya Abdullayevanın itkin düşməsində kürəkənləri olan Musa Nəsirovdan şübhələndiklərini bildiriblər. Hadisə yerinə gələn polis əməkdaşları meyitin həyətdəki tualet quyusunda basdırıldığını aşkar ediblər.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ofeliya Abdullayeva 10 uşaq anasıdır. 

Xatırladaq ki, hadisə ilə bağlı ilk xəbəri "Report" yayıb.

Son xəbərlər

Orphus sistemi