Yevlax. 7 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda baba nəvəsini avtomobillə vuraraq öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, sentyabrın 6-da saat 17 radələrində Yevlax şəhər sakini Novruz Nağıyev “Volkswagen” markalı avtomobili idarə edərkən evinin həyətində nəvəsi - 3 yaşlı Ramiz Əlizadəni vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.