​Yevlaxda "Azərişıq" ASC-nin transformatoru yanıb

​Yevlaxda "Azərişıq" ASC-nin transformatoru yanıb Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Hadisə
25 İyul , 2016 03:24
​Yevlaxda Azərişıq ASC-nin transformatoru yanıb

Bakı. 25 iyul. REPORT.AZ/ Yevlax rayonunda yanğın baş verib. 

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Nazirliyin yaydığı məlumata görə, hadisə nəticəsində "Azərişıq" ASC-yə məxsus, gücü 630 kVA olan transformatorun sarğıları və yağı yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi