Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var 

Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var  Yevlax rayonunun Hacıselli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
3 Dekabr , 2022 17:49
Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var 

Yevlax rayonunun Hacıselli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, kənd ərazisində "VAZ-21015" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində, 1968-ci il təvəllüdlü E.Mustafayev və digər avtomobildə olan 1986-cı il təvəllüdlü K.İbrahimova xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi