Yevlaxda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub - YENİLƏNİB - 2

Yevlaxda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub - YENİLƏNİB - 2 Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Mart , 2018 09:39
Yevlaxda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub - YENİLƏNİB - 2
Foto: "Report"

Yevlax. 30 mart. REPORT.AZ/ Yevlax rayonunda yolu keçmək istəyərkən avtomobilin vurması nəticəsində ölən piyadanın şəxsiyyəti müəyyənləşib.

"Report"un Qərb bürosunun məlumatına görə, ölən piyada Yevlax şəhər sakini, 1959-cu il təvəllüdlü Cəlilov İbrahim Şamil oğludur.

O, yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb və xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. 

Qeyd edək ki, ilk məlumatlarda ölən piyadanın tüfeyli həyat tərzi sürən şəxs olduğu bildirilsə də, aparılan araşdırmalar nəticəsində məlum olub ki, o, "Shacman" markalı yük avtomobilinin sürücüsü olub. Hadisə isə onun maşınından düşərək dükana getmək istədiyi zaman baş verib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

*** 29 mart, saat 22:34

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Əbdülxəlidov Səməd Ziyadxan oğlunun idarə etdiyi avtomobil tərəfindən vurulan piyadanın tüfeyli həyat sürdüyü bildirilir. 

Hadisə zamanı piyada sərxoş olub və qəflətən yola çıxb. Bu zaman avtomobilin sürücüsüsü idarəetməni itirərək onu vurub. Yaralı piyada sürücü tərəfindən xəstəxanaya aparılsa da, aldığı ağır xəsarətlərdən yolda keçinib.

Piyadanın kimliyi araşdırılır.


***21:37

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb. 

Belə ki, kimliyi hələlik bilinməyən piyda avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılan zaman yolda ölüb. Ölən piyadanın orta yaşlı kişi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi