Yevlaxda avtomobilin aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlaxda avtomobilin aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB Yevlax. 14 noyabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda baş vermiş yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə
140
14 Noyabr , 2018 18:40
Yevlaxda avtomobilin aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlax. 14 noyabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda baş vermiş yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Yevlax şəhər sakinləri - 1991-ci il təvəllüdlü Qinyaz Ayaz oğlu Qinyazov və onun qardaşı, 1987-ci il təvəllüdlü Fəxri Ayaz oğlu Qaçayevdir. 

Hər iki yaralının vəziyyətinin hazırda qənaətbəxş olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.


*** 04:00

Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində avtomobil aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, "Chevrolet" markalı maşının idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bundan əvvəl Şabran rayonunun Ağalıq kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi