Yevlaxda avtomobil yolayrıcına çırpılıb, xəsarət alan var

Yevlaxda avtomobil yolayrıcına çırpılıb, xəsarət alan var Yevlax. 3 mart. REPORT.AZ/ Yevlax-Bəhrəmtəpə avtomobil yolunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
3 Mart , 2019 17:27
Yevlaxda avtomobil yolayrıcına çırpılıb, xəsarət alan var

Yevlax. 3 mart. REPORT.AZ/ Yevlax-Bəhrəmtəpə avtomobil yolunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Binəqədi rayon sakini, 1966-cı il təvəllüdlü Elşən Qarayevin idarə etdiyi, "Mercedes-Benz" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq öncə yolayrıcı metal maneəyə, daha sonra yaxınlıqdakı dəmir yolu xəttinin kənarındakı metal maneələrə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb. Avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

İlkin ehtimala görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Yevlax rayonunda motosiklet aşıb, sürücü yaralanıb.

Son xəbərlər

Orphus sistemi