Yevlaxda avtomobil piyadanı vurub - YENİLƏNİB

Yevlaxda avtomobil piyadanı vurub - YENİLƏNİB Yevlax. 16 iyun. REPORT.AZ/ Yevlax şəhərində avtomobil tərəfindən vurulan piyadanın kimliyi məlum olub.
Hadisə
17 İyun , 2018 03:13
Yevlaxda avtomobil piyadanı vurub - YENİLƏNİB

Yevlax. 16 iyun. REPORT.AZ/ Yevlax şəhərində avtomobil tərəfindən vurulan piyadanın kimliyi məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bu, Yevlax şəhər sakini, 1961-ci il təvəllüdlü Səfiquliyev Rüstəm Səfiqulu oğludur. 

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Qeyd edək ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.


***22:24

Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Küçədə 50-55 yaşlı kişi yolu keçmək istəyən zaman avtomobil onu vurub. Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi