Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Bakı-Qazax avtomobil yolunda TIR avtomobilinin vuraraq xəsarət yetirdiyi piyada ölüb.
Hadisə
25 iyun 2020 20:31
Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Bakı-Qazax avtomobil yolunda TIR avtomobilinin vuraraq xəsarət yetirdiyi piyada ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Bərdə rayon sakini, 1967-ci il təvəllüdlü Arif Əliyev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


00:09

Bakı-Qazax avtomobil yolunda piyadanı avtomobil vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən piyadanı yük avtomobili vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi