Yevlaxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var 

Yevlaxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var  Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
22 Dekabr , 2021 01:20
Yevlaxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var 

Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Yevlax şəhər ərazisində baş verib. Minik avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb. Məlumata görə, hadisə nəticəsində 1991-ci il təvəllüdlü S.Həsənov, 1992-ci il təvəllüdlü A.Musazadə və 1996-cı il təvəllüdlü T.İbrahimov müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi