Bakı-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində Ağdam rayon Xındırıstan kənd sakini 1973-cü il təvəllüdlü Rəna İsmayılova, 2004-cü il təvəllüdlü Sevinc Cavanova, 1990-cı il təvəllüdlü Asiman İsfəndiyarzadə və daha 2 azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.