Yevlax rayonunda yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, bunlar əmioğlular - 2005-ci il təvəllüdlü Elnur İsmət oğlu Səlimov və 2011-ci il təvəllüdlü Ömər Ruslan oğlu Səlimovdur.
Sürücü, 1985-ci il təvəllüdlü Ruslan Səlimov isə hadisə zamanı xəsarət almayıb.
*** 15:59
Yevlax rayonunda yol qəzası baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Xaldan yolunda qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobilin təkəri partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılıb. Nəticədə ikisi uşaq olmaqla 3 nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.