Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var

Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
5 Dekabr , 2018 17:20
Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var

Yevlax. 5 dekabr. REPORT.AZ/ Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. 

Nəticədə avtomobildə olan Yevlax rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Səyyadzadə və 1994-cü il təvəllüdlü Faiq Bəhmanlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi