Yevlaxda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Yevlaxda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Yevlax. 20 İyul. REPORT.AZ/ Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 İyul , 2018 03:39
Yevlaxda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Yevlax. 20 İyul. REPORT.AZ/ Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında Mingəçevir – Bəhramtəpə avtomobil yolunda, rayonun Salahlı kəndi ilə Aran qəsəbəsi arasındakı istiqamətdə baş verib.

Belə ki, idarəetmədən çıxan “CİP” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılardan ikisi təcili yardım maşını, biri isə yoldan keçən fərdi minik avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi