Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Yevlax-Bərdə avtomobil yolunda qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü, sürücü Hətəm İsayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.